Labioplastika
Labioplastika nədir?
Labioplastika ― qadın cinsiyyət dodaqlarının (labia) forması və ölçüsünün korreksiyasını təmin edən cərrahi əməliyyatdır. Əməliyyat zamanı artıq toxumalar çıxarılır və ya lazım olduqda dodaqların simmetriyası bərpa olunur. Beləliklə, daha estetik görünüş və rahatlıq təmin edilir. Bu prosedur doğuş, yaşlanma və ya genetik faktorlara bağlı olaraq meydana gələn asimmetriya və ya sallanma problemlərini aradan qaldırmağa kömək edir. Labioplastika qadınlara həm estetik, həm də funksional rahatlıq qazandırır. Nəticədə özlərinə daha güvənli hiss etmələrinə səbəb olur.
Əgər siz də intim bölgədə estetik narahatlıq hiss edirsinizsə labioplastika əməliyyatı haqqında daha ətraflı məlumat əldə etmək üçün WhatsApp vasitəsilə əlaqə saxlayın.